Səssizliyin səsi…

Səssizliyin səsi o qədər yüksəkdir ki, artıq dayana bilmirəm. Qulaqlarımı kar edəcək qədər yüksək. Lakin, səs çöldən yox içəridən gəlir. İndi anlayıram niyə insanlar səs axtarırlar ya da müsiqini kəşf ediblər, yolda getdikdə qulaqcığı qulaqlarından çıxarmırlar. Hamısı səssizliyin səsini batırmaq üçündür. Səssizlik hökm sürdüyü andan etibarən, başınızın içindəki səslər oyanmağa başlar, ilk başlarda nə dediyini anlamarsınız, səslər alçaqdan danışaq ilk anlar, səslərin nə dediyini anlamadığınız üçün, fikirlər və düşüncələr daha çox səs çıxarmağa başlar. O qədər səs küylü olar ki başınızın içi artıq qulaq pərdələriniz çölə tərəf yırtılacaq kimi olar. Əllərinizlə qulaqlarınızı tutarsınız amma yenə də səslər bir birlərini üstələmək üçün daha da ucadan danışmağa başlar. Xeyiri yoxdur. Siz onları susdurmayınca onlar susmayacaq. 7 il qabaq dostunuzun sizə dediyi bir söz, 13 il qabaq müəllimənin sənə ” çox lazımsız insansan” deməsi, ya da dünən tanış olduğun qızın ” Salam” sözünün qulaqlarında çınlaması. Hamısı səsini başına atıb öz sözünü deməyə çalışar. Səslərlə barışıb otluqda uzanıb gecə qaranlığında bulud qarışıq ulduzları seyr etməyə başlarsan. Bir anda səslər durar. Heç bir səs yoxdur. Təkcə başının üstündə uçaraq ani bir cıvıldama səsi çıxaran yarasa istisna olmaqla. Artıq səssizlik də səs çıxarmamağa başlar və özün başının içində səslər yaradarsan. Məsələn, bu an harda kim nə edir? Gəldiyim təxminləri sizinlə bölüşüm. Kimisə hardasa maşın vurub öldü, kimisi özünü uca binadan ataraq öldürdü, o özünü binadan atdığı 15 saniyə ərzində 3 uşaq dünyaya gəldi, yəqin ki onlardan biri öldü. Ya da hansısa başı səssizlikdən dəli olan biri otluqda uzanıb bu lazımsız şeyləri düşünür.

Səslər… İnsanı ölümə aparan səslər….

Yorum bırakın