Səyahət notlari 1- Türkiyə

Uşaqlığımda heç yerə gedə bilməyimi düşünürdüm Ancaq Naxçıvanda qalıb elə buradaca həyatımı sona çataçağını düşünən biri idim. Çünki evin həyətindən uzağa gedə bilmirdim evdəkilərin qoruxusundan. Hətta bir dəfə kəmərlə belə döyülmüşəm sadəcə yolu keçdiyim üçün. Məni az çox anladınız sizə nə demək istəyirəm.

Pasportumu 2013-cü ildə aldım. Hələ o vaxt 16 yaşında uşaqların pasport alması qadağan olan müddətdə. Necə yenə əlləm-qülləm elədim pasportu aldım hamıdan qabaq. İlk dəfə pasportu əlimə aldıqda sanki dünyaların qapısı açılmış kimi hiss elədim. Sizə də əla gəlməmişdi?

Amma sizdə də yəqin elə olub, o pasport mamanın süvenerəri arasında toz basmağa talib oldu.Lakin, onu orda çox saxlaya bilməzdim və bir qırğınla qonşu ölkəyə getmək üçün 16 yaşımda dava ilə icazə aldım.

Almaz olaydım….

Dostum Əli, ilə Türkiyə səyahətinə çıxdıq. Onunla birgə almışdım pasportu. Yazıq uşaq bilsəydi o səhvi eləməzdi.

Deməli, ikimizdə gecədən tez sevincərək yatmışıq ki, səhər birinci dəfə başqa ölkəyə gedəcəyik ( bizim Afət qonşu üçün kartofun kilosu 30 qəpik olan bazardı amma) . Səhərin gözü açılmamışdan, biz artıq evin qabağında gözlüyürük. Avtobus dayanağı bizim evə yaxın idi. Hərərmizdə anamızdan bir təhər 100 manat qopartmışıq ki gedim paltar alacağıq. Bəxtəvər başımıza.

Uzun yolda yaxşı oğlanlar kimi şəkil çəkirik avtobusun içində. Qabaqda əlində toyuğun başını əzən xala bizə “boyunuzu yerə xosum” baxışları atır. Heç vaxt yadımdan çıxmayacaq!

Gömrük məntəqəsinə çatdıq axırd. Balaca uşaqlarıq deyə, hamı bizi əzə əzə qabağımıza keçdilər. Biz də pasport kontrolda ən dalda dayanmışıq. Sıra getmir ki getmir. Axırda 1 saatdan sonra 4 nəfər var idi qabağımda. O gədənin sifəti yadımdan çıxmayacaq. Getdi gözümün içinə baxa baxa günorta yeməyi yeməyə. Qayıdanda artıq bizim avtobusun pəncərədən getidiyi görə bilirdim artıq. Türkiyə- Naxçıvan sərhəddində. Bizim üçün səhralıq bir yerdə 2 burnu axan uşaq qalıb. O hissi yaddan çıxara bilməyəcəm.Sonda sən demə qarğa kimi ovunu gözləyən taksilər dayanıb. Sən demə avtobuslar elə biraz gözlüyürmüş həmişə, 4-5 nəfər də arxada bizim kimi dalda qalırmış

Yaxşı ki çox baha olmadan adam başı 5 (Aavtonbus bileti 2.5 manat idi bütün yola) manatdan İğdıra apardılar. Çatıq “Şəhərin” göbəyinə. İlk işimiz yemək axtarmaq oldu. İskəndərdən necə yediksə, 2 saat elə ölü kimi şhərdə dolnırdıq. Hərdən dükanlara girib 2 paltara baxıb çıxırdıq. Ömürümüzdə anasız paltar almayan uşaq necə qərib elədə özünə paltar alsın. 5 saatlıq dükan gəzintisindən sonra 2 şalvar, 1 ayaqqabı, 3 qolu qıssa köynək aldım.

Qayıdan ucuz taksi tapdıq. Başqa sürücülər bizim taksini şikayət etdilər ki “Korsan Taksi” var, onu təcili tutun. Taksidən 1000tl bizim də hərəmizdən 250 tl pul cərimə elədilər. Axırda başqa düzgün taksi tapdıq. Qayıdışımız da biraz baha gədi yenə… Və son olaraq da pasportumu taksidə yaddan çıxarmışdım. .. ( Sonda tapıldı, yoxsa indi bu yazını yazmazdım).

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s