Qaz lampası

Uşaqlığım yadıma düşdü.

İndinin uşaqları bilməzlər çox.Ən azından uşaqlığı Naxçıvanda keçməyənlər. Bir ara hər axşam 2 saatlıq aralıqlarla 1 saatlığına şəhərin fərqli bölgələrində işıqları söndürürdülər ki, elektrik şəbəkəsi çox yüklənməsin. Əvvəl babamgilin evində qalanda, neftlə işləyən mator var idi. İşıqlar sönəndə, onu xodlayıb televizora baxa bilirdik, amma gəl ki səsindən televizorun səsini eşitmək mümkün olmurdur. Əminən ki siz də o motorlardan hansısa ərzaq dükanının qabağında gürmüsünüz.

Daha sonra yeni evə köçdük və babagildən ayrıldıq. Artıq neftlə işləyən, səsi 3 kmdən asanlıqla eşidilən motorumuz yox idi evdə. Onun əvəzinə qaz lampası var idi. Əminəm ki qaz lampasının iyisi haminizin sevimli iyisi olub ( o vaxtın narkmanlığı…). Gündüzləri lazım olmazdı, çünki gün ərzində ya məktəbdə olurduq ya da həyətdə 1001 hoqqadan çıxırdıq. Axşamlar ki, gəlirdi, hamı əlli ayaqlı o qaz lampasını axtarırdı. İndi başa düşürəm niyə qaz lampası qız cehizinin başında gedir. O qaz lampası var idi, hər kəsi öz köz işığının ətrafında toplayardı. Ana yerə dəsmal sərərdi ki hamı yerdə otursun, Hamı günəbaxan tumunu əlinə alar işıqlar yanana qədər heç bir problemsiz 1 saatını qaz lampası ətrafında keçirərdi. Qardaşımla, tək yazılmamış qanun, qaz lampası ətrafında dalaşmamaq idi, çünki birincisi vuracağımız yeri tam görə bilmirdik, ikincisi işıqlar sönəndə ana ilə ata yanımızda olurdu. Mümkün deyil idi yəni işıqlar sönəndə dalaşmaq.

Baba ilə nənə televizoru sevən insan idilər ona göreç onlar tərəfdə işıqlar sönəndə biz tərəfə keçirdilər reklam aralarında ki, bizim evdə davam edə bilsinlər seriallarına. Yəqin “Ihlamurlar Altında”a baxırdılar. Bəzən sistemi tam dayişdirərdilər. Nənə ilə baba bizə gələndə də işıqları söndürərdilər. Onda mənlə qardaşımın ən sevimli vaxtı idi. Çünki baba bizdə idi və bizdən başqa fikrini cəlb edəcək heç nə yox idi. Lampa yenə həmişəki kimi otaqda yanar, iyisi bütün evi bürüyər, mənlə qardaşım babanın ayağı altında oturub, babamın əsgərlik hekayələrinə qulaq asardıq, uzun illər sonra öyrəndim ki baba əsgərlikdə olmayıb. Alman faşıstlərini qırdığını elə danışırdı ki tüklərim biz biz olurdu. Baba kimi hekayə danışan hələ də qabağıma çıxmayıb.

Qaz lampası həyatımda, bəlkə də həyatınızda çox dəyişiklik edib. Bəzən gedin işıqları mərkəzdən söndürün, oturun qaz lampası ətrafında 1 saat. Biraz qaz iyisi sizi vursun bihuş olun ailənizlə.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s