The Testament ( the translation)

This is my testament, burn me… Smile at my soul while burning me, maybe my body will take goodwill from your lips.  Pour perfume over my dead body while burning me, maybe the flowers will be more smelly which will grow up from my ash. Who knows, maybe my grandson will bring those flowers to his love? But this is my testament, put my ashes in a glass vase, put on the table… until your ashes mix up with my ashes or some careless daughter -in-low throw our ashes to the trash box.  Until that day, our ashes mix so much that even the flower which will grow up from our ashes. will have both your love and my smell which you have shed over me when I die.

Maybe flowers came from love’s ashes…

Please, be alone while burning me as our first date, you and me… Sit on the chair while I am burning from your love. I know you can’t stand much.  I only apologize for while you are sitting,  I will be laying in my place.

 

 

The Dark Swam

The life is full of dark and madness, sometimes you even don’t have any branch to hold on. You would feel like a sparrow which clinging in the mud swamp. How much it wants to take a wing, that much it goes down. At some point, your mouth is full of mad that even you can’t scream ” help” in the middle of the jungle. Already, you are in the darkness, you can’t move, the only thing you can is to wait for the death. You are wishing for death more than anything in the swam, in the darkness, in the dark life… You even can’t lift your single hand to kill yourself. Waiting for the mud to kill you slowly.

The last 3 seconds to die. You already feel the fingers of the death. You see yourself hanging from the ceiling while looking at the light or imaging yourself to fall down from the building or burning yourself while smoking cigarette. The only cigarette.. that helps you so far. 3 seconds to die.. 3…2…

The hand holds your muddy t-shirt. Take you from the darkness, grab you from the death’s hand. But it is too late, you are already dead from the inside…

Söhbət

Sən ölərkən mən harda idim? Sən özünü o körpüdən atarkən…  Həyata son dəfə badığın saatı bilsəm dəqiq olaraq deyərdim, adını bilmədiyim indi üzünü belə xatırlamadığım qadının sinəsində yuxuyamı getmişəm ya neçənçi araq butulkasını boşaltmışam. Çox içsəm də heç nə yadımdan çıxmır. Bu də mənim lənətimdir yəqin.  Qadının üzünü xatırlamamağımın səbəbi yaddaşım deyil əslində üzünə baxmamağımdır, qarnının sol alt hissəsində xal olduğunu xatırlayıram məsələn. Lakin, üzünə baxa bilmədim qadının. Saçı buruq idi. Səninklər kimi. Açığı utandım səni onunla müqayisə etməyə amma nə edim ? Sən gəldin gözümün qabağına o qadınla yatmaq istəyəndə, qərarımdan dönəcəkdim amma içkili idim ya verdiyim pulamı qıya bilmədim qadınla bir otaqda tapdım bir an içində özümü. Əlimlə gözümü ovuşdurmağa belə macal tapmamış qadın qabağımda yarı çılpaq dayanmışdı artıq.

-Nə gözləyirsən? Soyun! Vaxtım azdı, müştərilər gözləyir.

Pulum çox idi, bütün gecəsinin pulunu verdim. Hətta qırmızı çaxır da sifariş verdim. Qəbrinin üstündə bunları danışmağım nə qədər düzgündür bilmirəm amma məncə bilməlisən sən də onsuz da indi yalan da danışa bilməyəcəm.

Çaxır gəldi, stolun bir başında o,bir başında mən. Paltarlarını hələ də geyinməmişdi. Sinəsinin bir hissəsi hələ də çöldə idi. Açığı çox iyrəndim. İyrəndiyimi də hiss edəndə kişiliyimi bir daha sorğulamaq keçdi içimdən.  Səndən danışdım. Buruq saçlarından, dodağının üstündəki balaca xaldan danışdım biraz. Uşaqlıqda yandırdığın qolundan da danışdım…  Qadının sıxılacağını düşünmüşdüm amma pulunu vermişdim artıq. Səhərə kimi səni dinləməli idi. Səndən danışmalı idim, o qadına. Sıxılmadı amma qadın, yavaş-yavaş sinəsini də düzəltdi, paltarlarını da geyindi. Hər şeyindən bəhs elədim, hər balaca xatirəmizdən, meşədəki daşın üstündə ağlayışından da, əlinlə saçımı sığallayışından da  bu yaxınlarda öləcəyindən də.

Öləcəyindən bəhs edəndə boğazıma bir qabaq örtüldü sanki. Ağzımda şüşə qırıqları kimi dağıldı o sözlər, ağrıya dözə bilmədim, qadının qarşısında ağlamalı oldum. Bağışla səndən başqasının yanında ağlamayacaqdım. Bitkin düşmüşdüm. Bunu kiminləsə paylaşmalı idim. Səndən başqa heçkimim yox idi. Səndən qabaq tək danışdığım anam idi, səndən sonra artıq qəbrinə getməyi də dayandırdım. Danışmalı idim. Heç olmasa bir tikanı ürəyimdən çıxarmalı idim. Səhər duranda, yenə o tikanlar yenə orda dururdu. Heç yerə getdiyi yox idi.

 

Vəsiyyətimdir

Vəsiyyətimdir, yandır məni. Yandırarkən ruhuma gül ki, bədənim də öz nəsibindən alsın. Yandırarkən üzərimə biraz ətir də tökərsən bəlkə külümdən doğacaq çiçək daha iyili olar . Kim bilər, bəlkə nəvəm o çiçəyi  sevdiyinə verəcək? Amma vəsiyyətimdi, külümü şəffaf vazoya  doldur, qoy stolun üstünə…. ta ki sənin də küllərin mənim külümə qarışana qədər ya da hansısa vəfasız gəlin küllərimizi zibil qabına atana qədər. O günədək küllərimiz o qədər qarışsın ki bizdən doğacaq çiçəkdə həm sənin sevgin həm mənim ətrim olsun hansı ki, ölərkən üzərimə tökdüyün.

Bəlkə də güllər elə sevənlərin küllərindən gəlmişdir…

Məni yandırarkən yanında heç kim olmasın, ilk görüşdüyümüz kimi ancaq sən və mən . Mən yanarkən sən də stolda oturarsan, ayaqların ağrımasın, artıq qocalmışıq. Bağışla sən oturarkən mən uzanmış olacam…

Səssizliyin səsi…

Səssizliyin səsi o qədər yüksəkdir ki, artıq dayana bilmirəm. Qulaqlarımı kar edəcək qədər yüksək. Lakin, səs çöldən yox içəridən gəlir. İndi anlayıram niyə insanlar səs axtarırlar ya da müsiqini kəşf ediblər, yolda getdikdə qulaqcığı qulaqlarından çıxarmırlar. Hamısı səssizliyin səsini batırmaq üçündür. Səssizlik hökm sürdüyü andan etibarən, başınızın içindəki səslər oyanmağa başlar, ilk başlarda nə dediyini anlamarsınız, səslər alçaqdan danışaq ilk anlar, səslərin nə dediyini anlamadığınız üçün, fikirlər və düşüncələr daha çox səs çıxarmağa başlar. O qədər səs küylü olar ki başınızın içi artıq qulaq pərdələriniz çölə tərəf yırtılacaq kimi olar. Əllərinizlə qulaqlarınızı tutarsınız amma yenə də səslər bir birlərini üstələmək üçün daha da ucadan danışmağa başlar. Xeyiri yoxdur. Siz onları susdurmayınca onlar susmayacaq. 7 il qabaq dostunuzun sizə dediyi bir söz, 13 il qabaq müəllimənin sənə ” çox lazımsız insansan” deməsi, ya da dünən tanış olduğun qızın ” Salam” sözünün qulaqlarında çınlaması. Hamısı səsini başına atıb öz sözünü deməyə çalışar. Səslərlə barışıb otluqda uzanıb gecə qaranlığında bulud qarışıq ulduzları seyr etməyə başlarsan. Bir anda səslər durar. Heç bir səs yoxdur. Təkcə başının üstündə uçaraq ani bir cıvıldama səsi çıxaran yarasa istisna olmaqla. Artıq səssizlik də səs çıxarmamağa başlar və özün başının içində səslər yaradarsan. Məsələn, bu an harda kim nə edir? Gəldiyim təxminləri sizinlə bölüşüm. Kimisə hardasa maşın vurub öldü, kimisi özünü uca binadan ataraq öldürdü, o özünü binadan atdığı 15 saniyə ərzində 3 uşaq dünyaya gəldi, yəqin ki onlardan biri öldü. Ya da hansısa başı səssizlikdən dəli olan biri otluqda uzanıb bu lazımsız şeyləri düşünür.

Səslər… İnsanı ölümə aparan səslər….

Xeyir və Şər

Taleyinə şam yandıranlar var bu dünyada, yaşayarkən məzarında ağlayanlar, vaxtından öncə qocalanlar var bu dünyada.

Xeyirlə pislik uzun yollar getdilər bir yerdə.Uzun susuz səhrada hələ ulduzların bir qadının ətəyindən tökülməmişdən çox illər əvvəl başlamışdı bu səyahət. Yol boyunca Xeyir onu öz tərəfinə çəkməyə çalışdı, Şər ona qalib gəlməyi düşündü. Sonunda Şər Xeyirə qalib gəlmək üçün bir yol tapdı. Dedi: Ayə, uzun yollar gəldik, yorulmusan, mən hələ yorulmamışam, gəl kürəyimə çıx səni biraz da mən danışıyım ( uzun illərdən sonra səmimiləşmişdilər,söyüşlə danışırdılar artıq, Xeyir də yaxşı söyüşlər söyürdü arada ). Yaxşılıq Şərin artıq düzgün yola gəldiyini düşündü və sözünü yerə salmamaq üçün Şərin belinə çıxdı ( sanki dünəndən razı idi, elə tullandı ki az qaldı Şərin ordaca beli qırılsın). O gündən bəri Yaxşılıq Şərin belində, Şərin getdiyi yerə gedir, onun gördüyünü görür. Onunla artıq bütünləşib amma ona hökm edə bilmir, tənbəlləşib, yerində rahatlaşıb. Bundan sonrakı uzun illər boyunca da ordan düşənə oxşamır.

Yaxşılığın hələ də bizə kömək edəcəyini düşünənlərə bir sözüm var- Gözləməyin gəlməyəcək, artıq ayaqları tutmur. Tək çarə bizlərin Yaxşılığı Şərin belindən alıb qurtarmaqdır. Ona yenidən yeriməyi öyrətməkdir. Bəlkə sonra, Yaxşılıq bir umidlə Şərə qalib gəlib bizə bundan sonrakı yolda öndərlik edə bilər.

Taleyinə şam yandıranlar çoxaldıqca Şər daha da qüvvətlənir.  Onlardır şərin əsas həyat mənbəyi. Yaşayarkən məzarlarında ağlayanları çəkməliyik qəbirlərindən. Onlardır Şərə əsas dayaq duranlar. Vaxtından əvvəl qocalanlar… Onlar həmişə olacaq… Toxunmayın onlara…

Inspired from https://www.youtube.com/watch?v=2mlTrtLkEEI&list=RD2mlTrtLkEEI&index=1

 

Ulduz

Pəncərəmdən hər zamanki kimi göydəki ulduzlara, uzaqdakı evlərin işıqlarına baxıram. Çoxdanın alışqanlığıdır bu məndə. Ya yaxındakı evlərin işıqlarına baxıb hər işığın altında oturan insanların nə etdiyini təxmin edər ya da uzaqdakı ulduzlara baxar, ordan necə balaca, mənasız həyatlarımız olduğunu hər dəfə özümə xatırladaram. Bir neçə ildir bunu etmək mənə biraz sakitlik verər. Hər dəfə çox böyük dərdim olduğunu düşünsəm, birinci o evləri isidən işıqlara baxıb, o evdəkilərin mənimkindən daha böyük dərdi olduğunu düşünər, əgər işıq yoxsa göydəki ulduzlara baxar o dərdimi ulduzlarla müqayisə edərəm.

Bəzən amma o ulduzlar məni biraz daha da dərdə salar. Həyat eşqimi öldürür bəzən. Nə mənası var yaşamağın, iş tapmağın, gəzməyin, ya da 3 aydır öyrənməyə çalışdığım ” Game Theory”inin. Onsuzda bir zamanlar o ulduzların bir parçası olmuşam. Biraz sonra isə havada süzülən bir quşun lələyi olmayacağımı hardan bilim.

Ulduzlar bəzən isə sevmək üçün necə də qıssa, acınası həyatlarımız olduğunu xatırladar. Sevmək varkən , niyə gedib iş axtarım. Kəpənəyin qanadına baxmaqdansa, niyə botanika oxuyum. Sevdiyinə etiraf etmək varkən bu qıssa həyatında niyə oturub şəkillərinə baxasan?

Ulduzlar… Uzaqda özünü burda məni yandırar.

 

Qısa söz..

Dost, özün də bilirsən, yəni məncə bilərsən. Metroda hər gün bir qalxdınız pilləkənlərdən yuxarı çıxdıqda bəlkə qarşıdan gələr dəyə həmişə düşənlərə baxarsan bəlkə ordadır deyə. Hər axşam ulduzlara baxırsan, bəlkə o da baxır deyə. Gecə yatmazdan qabaq dua edərsən, bəlkə bu gecə yuxumda görərsən deyə. Bəzən dua edərsən, bəlkə də o da həmin duanı edər deyə.

Nə pilləkənlərdən düşdü, nə ulduzlara baxdı, nə də yuxularına qonaq oldu. yəqin ki heç o duanı da oxumadı.

Bir söz

Bir sual,bir söz, bir hərəkətin necə də böyük önəmi var imiş. Sözlərin gücü… Aman Allahım.. Aylardır bəlkə də illərdir heç bir düşüncəyə dalmayan birini necə də hər şeyini yerlə bir edə bilərmiş.

Bəzən söz deyərlər sənə hansı ki böyük bir hasarla qoruduğun daxili aləmindən bir parçanı bir anın içində gün işığına çıxarar. Lakin onu elə orda qorumağının səbəbi də elə gün işığı olar. Gün işığında kül olub yanar bir hissən. Ağrısı bütün bədəninə yayılar. O qədər əzab verər ki sanki bütün sümüklərin bir anda qırılmış kimi olar. O qədər ağrıdar ki sanki dünya üzərindəki uşaq doğan bütün anaların ağrısını eyni anda ürəyində hiss edərsən.

Bu dəfə daha böyük sədlər qurmağa başlayarsan, daha az eşitməyə çalışarsan çünki, nə qədər böyük divar qurarsansa qur yenə də o divara bir qapı gərəkdir. Az söz eşitməyə çalışmağının da səbəbi elə bu olar çünki o sözlərdən biridir elə o qapının açarı.

Kaş divarlarımız olmasaydı, kaş hər şeyi ortaya qoyacaq qədər güclü olsaydıq lakin bu indiki şəraitdə indiki ac-göz ,hər şeydən istifadə etməyə çalışan insaların əlində silah olmağa başlayır. O silahla isə gün işığında yanıb kül olacaq parçanı hər an yandırıb kül etmək üçün əllərindən gələni etməyə çalışacaqlar.

Hər dəfə yeni divarlar hörürəm, hər dəfə daha güclü , amma bu dəfə fərqli olacaq, daha güclü, heç kimin aşa bilməyəcəyi qədər hündür və qapısız divar. Bu dəfə daha başqa bir fərqlilik isə özümü də o qapının içinə həbs edəcəm.

Almaz

Sevgi nədir hamınız bilirsiniz. Hamımız bilirik. Sevilmək…. Biraz çətin. Hər kəs sevilməz. Əlbəttə ana-ata sevgisi istisna.

Bir gün təsəvvür edin. Uzun illərdir, bəlkə də on illərdir. Sevməyib. Ancaq, ən acılı tərəfi isə , heç sevilməyib. Lakin, gəlin görün ki, o adam bir gün sevməyə başlayır. Ən gözəl tərəfi də sevilməyə da başlayır. Hər şey gözəl, hər şey gülüstanlıq kimi görsənir hə?

Tanrı belə gözəl hədiyyəni qarşılıqsız verməz. Əmin olun. Saf sevgini hələ heç vaxt. Sevgi sözünü o qədər istifadə etmişik ki artıq bu sözün bir dəyəri qalmayıb. Sevgi amma saf almaz daşıdır. Formaya salmaq istəsən gərək sağından da solundan da, hər tərəfindən yonub tökəsən. Qızıl kimi deyildir sevgi, əridib sonra qəlibə salasan. Kəsib atdınsa artıq geri dönüşü yoxdur.

O yonub tökmələr də heç vaxt acısız keçmir. Bir söz daha deyim. İki tərəfdən biri daha çox əzab çəkir. Bir tərəf yonan bir tərəf yonulan olduğu üçün.

Sevmək tutub saxlamaq deyildir, sərbəst buraxmaq da deyildir. Anlamaqdır. Sənin nə istədiyini, ən önəmlisi isə qarşıdakının nə istədiyini anlamaqdır. Qarşına heç toxunulmamış bir almaz daşı çıxar bir gün. Amma formasız olduğu üçün, dəyişməyə çalışarsan. Bu isə ona əzab verməyə başlar ona. Düşünərsən ki, sevirəm, nə edirəmsə sevgimdən edirəm. Amma belə deyil. Sevirsənsə elə sev. Əksikləri ilə sev, artıqları ilə sev. Bacarmırsan ? Əlbəttə onu elə sevəcək biri tapılar. Əlini aç, nazikçə yerə qoy. Tanrı əlbət bu almazı elə sevəcək birinin qarşısına çıxarar.